SİYASƏT
AŞPA-nın komitə iclasında Milli Məclisin deputatının məruzəsi dinləniləcəkdir
Bakı, 22 may (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynov mayın 28-də Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfər edəcəkdir.
Milli Məclisdən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm və təhsil komitəsinin iclasında iştirak etməkdir.
Rafael Hüseynov iclasda “Avropada ali təhsil məkanının möhkəmlənməsi və beynəlxalq şəffaflıq” mövzusunda məruzə edəcəkdir. Sonra məruzə ətrafında müzakirələr aparılacaqdır.
Mədəniyyət, elm və təhsil komitəsinin iclasında Avropada ali təhsil müəssisələrinin idarəçiliyi, həmçinin Avropada mədəniyyət və mədəni irs məsələlərinə diqqət yetiriləcək, mədəniyyət, media, təhsil, elm, gənclər və idmanla bağlı fikir mübadiləsi aparılacaqdır.
R.Hüseynov müzakirə olunan məsələlərə Azərbaycanın maraqları baxımından mövqe bildirəcəkdir.
Səfər mayın 31-də başa çatacaqdır.