REGİONLAR
“Astara-1” və “Oğuz” su elektrik stansiyalarının tikintisi başa çatmaq üzrədir
Bakı, 26 iyul, AZƏRTAC
Gücü 0,3 meqavat olan “Astara-1” və ümumi gücü 3,6 meqavat olan “Oğuz” su elektrik stansiyalarının (SES) tikintisi başa çatmaq üzrədir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda kiçik çaylar üzərində SES-lərin tikintisi davam etdirilir. Belə ki, gücü 1 meqavat olan “Qusar-1”, gücü 1,6 meqavat olan “İsmayıllı-1”, ümumi gücü 3,1 meqavat olan “Göyçay” kiçik su elektrik stansiyaları artıq işə salınıb. Gücü 1,5 meqavat olan “Balakən-1” və gücü 1,6 meqavat olan “İsmayıllı-2” kiçik su elektrik stansiyaları isə istismara tam hazırdır və bu stansiyalarda test rejimində elektrik enerjisi istehsal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]