REGİONLAR
Astarada “Coca-Cola məktəbli kuboku”nun qalibləri mükafatlandırılıblar
Astara, 8 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara şəhər 3 nömrəli tam orta məktəbdə “Coca-Cola” şirkətinin sponsorluğu, Təhsil Nazirliyinin dəstəyi, AFFA, Astara Rayon Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin yeddinci sinif şagirdləri arasında “Coca-Cola məktəbli kuboku” layihəsi çərçivəsində futbol yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə uşaq futbolunun inkişafı və bu idman növünün kütləviliyinin təmin olunması məqsədilə təşkil olunmuş yarışın açılışında AFFA, rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Astara şəhər 3 və 2 nömrəli, Ərçivan qəsəbə 2 nömrəli və Maşxan kənd tam orta məktəbin komandaları müvafiq olaraq birinci, ikinci, üçüncü və dördüncü yerləri tutublar.
Şəhər 3 və 2 nömrəli tam orta məktəbin komandaları final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Qaliblərə diplomlar və fəxri fərmanlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [21:38]
“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib
- 30.04.2024 [20:41]
Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb
- 30.04.2024 [20:24]
Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib
- 30.04.2024 [17:45]
Naxçıvan şəhərində evdə yanğın olub
- 30.04.2024 [17:06]
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
- 30.04.2024 [16:33]
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
- 30.04.2024 [16:32]