SİYASƏT
ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRİ SİYASİ PARTİYALARIN GƏNCƏDƏ TƏMSİL OLUNAN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Gəncə, 17 oktyabr (AZƏRTAC). Dekabrın 23-də respublikamızda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar ATƏT-in Baki ofisinin rəhbəri Bilge Cankorel oktyabrın 15-də siyasi partiyaların Gəncədəki təşkilatlarının nümayəndələri ilə görüşmüşdür.
Görüşdə bələdiyyə seçkilərinə hazırlıqla bağlı namizədlərin qeydə alınmasında yarana biləcək problemlər, seçki zamanı səsvermə prosesinə qanunsuz müdaxilələrin qarşısının alınması və digər məsələlər ətraflı müzakirə edilmişdir.
Bilge Cankorel görüşdə çıxış edərək seçkilərlə bağlı təmsil etdiyi qurumun götürdüyü öhdəliklərdən danışmış və seçkilərin tam şəffaf şəkildə keçirilməsi üçün ATƏT-in tədbirlər planı barədə məlumat vermişdir.
Doqquz siyası partiyanı təmsil edən görüş iştirakçıların suallarına da aydınlıq gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]