SİYASƏT
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki “prezident seçkiləri”nə münasibət bildirmişdir
Vyana, 19 iyul (AZƏRTAC). ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın Baş nazirinin müavini və xarici işlər naziri Eymon Gilmor iyulun 19-da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz „prezident seçkiləri“nə münasibət bildirmişdir.
Bəyanatda deyilir: “ATƏT Dağlıq Qarabağın müstəqilliyini tanımır. Buna görə də “prezident seçkiləri” razılaşdırılmış format altında münaqişənin həll olunması üçün göstərilən səylərə heç bir təsir göstərməməlidir.
Mən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Fransa və Rusiya Federasiyasının, eləcə də mənim şəxsi nümayəndəm, səfir Anji Kasprşikin münaqişənin danışıqlar əsasında və sülh yolu ilə nizamlanması üçün tərəflərlə apardıqları işi tam dəstəkləyirəm”.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]
Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib
- 03.05.2024 [15:45]