“Atletiko” klubunun 16 azarkeşi saxlanılıb
Bakı, 18 dekabr, AZƏRTAC
İspaniyanın “Atletiko” klubunun 16 azarkeşi polis tərəfindən saxlanılıb.
AZƏRTAC İspaniya mətbuatına istinadən xəbər verir ki, buna fanatların La Liqanın XVII turunun “Xetafe” ilə oyunundan sonrakı davranışları səbəb olub. Tərəfdarlar "Metropolitano" stadionunun yaxınlığında yerləşən çin bazarına soxularaq iğtişaşlar törədiblər. 16-25 yaş arası gənclər şüşələri sındırıb, sahibkarlara və ziyarətçilərə hədə-qorxu gəliblər. Onların həmin ərazidə rəqib komandanın azarkeşlərini axtardıqları güman edilir. Ümumilikdə hadisədə 50-yə yaxın adam iştirak edib.
Saxlanılan şəxslər ictimai asayişi pozmaqda və insanlara maddi ziyan vurmaqda ittiham olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.08.2026 [14:19]
Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək
- 31.08.2026 [13:31]
“Qəbələ” Kaxaber Sxadadze ilə yollarını ayırıb
- 31.08.2026 [12:59]
“Yuventus” seneqallı futbolçu ilə razılığa gəlib
- 31.08.2026 [12:22]
“Zirə” Premyer Liqada mövsümə üçüncü dəfə ardıcıl 3 qələbə ilə başlayıb
- 31.08.2026 [12:07]
“Qarabağ” Dani Bolt ilə vidalaşıb
- 31.08.2026 [11:45]
Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi kimi çempionatda 200-cü oyununa çıxıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Şimali Kiprdə 3 günlük milli matəm elan edilib
- 30.08.2026 [23:35]
Hörmüz boğazında Britaniya tankerinə hücum olub
- 30.08.2026 [22:18]
Almaniya G20 ölkələri arasında elektrik enerjisinin ən baha olduğu ölkədir
- 30.08.2026 [21:54]