® “AccessBank”da yeni dalğa – “AccessRadio” artıq yayımda!
“AccessBank” dinləyicilər üçün yeni onlayn audioplatforması – “AccessRadio”nu istifadəyə verib. Bank sektorunda ilk dəfə tətbiq olunan bu təşəbbüs musiqi, podkast və müxtəlif audioverilişləri vahid platformada bir araya gətirir.
“AccessRadio” istifadəçilərə müxtəlif janrlarda seçilmiş musiqilərlə yanaşı, “AccessTalks” podkastının buraxılışlarını və “AccessBank” əməkdaşlarının iştirakı ilə hazırlanan audio verilişləri dinləmək imkanı yaradır. Platformada maliyyə, biznes, texnologiya və digər aktual mövzular üzrə faydalı və maraqlı məzmun təqdim olunur.
Yeni audio platformanın yaradılmasında məqsəd auditoriya ilə ünsiyyət üçün daha müasir və rahat format təqdim etmək, eyni zamanda, faydalı məlumat və əyləncəni bir platformada birləşdirməkdir.
“AccessRadio”ya qoşulmaq üçün “AccessBank”ın rəsmi veb-saytına daxil olaraq radio bölməsinə keçid etmək kifayətdir: https://www.accessbank.az/radio/
“AccessBank” yeni layihə ilə ənənəvi bank xidmətlərindən kənarda da auditoriyası üçün faydalı və innovativ rəqəmsal təcrübələr yaratmağa davam edir.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz.
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.