Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində bp şirkətinin dəstəyi ilə strateji əhəmiyyətli binaların və qurğuların sağlamlığının izlənilməsi üzrə laboratoriya yaradılıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorunun müşaviri, Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru professor Azər Qasımzadə söyləyib.
Professor bildirib ki, Mərkəzin əsas fəaliyyət istiqaməti strateji əhəmiyyətli binaların və qurğuların texniki vəziyyətinin 7/24 rejimdə izlənilməsidir. Əgər həmin binalarda normadan kənara çıxmalar varsa, onlar müəyyən ediləcək və müvafiq tədbirlər görüləcək.
“Monitorinq zamanı müəyyən edilən dəyişikliklərin əlavə olaraq yoxlanılması və təsdiqlənməsi üçün lokal ölçmə alətlərindən də istifadə olunur. Həmin ölçmə vasitələri laboratoriyada nümayiş etdirilir”, - deyə Azər Qasımzadə qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]