Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir
Bakı, 2 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında aparılan təftiş yoxlamasının nəticələri göstərir ki, Mərkəzi Aparat və onun rəhbərliyi hesabat dövrü ərzində partiyanın Nizamnaməsindən irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirib, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin fəaliyyətinə hərtərəfli dəstək verib.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Həsən Həsənov söyləyib.
Onun sözlərinə görə, dünyanın klassik modelinin dəyişdiyi və dünya sisteminin permanent transformasiyaya uğradığı şəraitdə milli dövlətçilik ideyası, milli suverenlik, hətta bütöv sivilizasiyaların varlığı təhlükəyə məruz qalır, yeni situasiya yaranır. "Belə bir vəziyyətdə Yeni Azərbaycan Partiyasının tutduğu yolun alternativi yoxdur. Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək və onu əbədi etməkdən ibarətdir", - deyə H.Həsənov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:36]
AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər
- 02.10.2026 [17:28]
“Azərbaycan hərb tarixi” dərsliyi çapdan çıxıb
- 02.10.2026 [16:52]
Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir
- 02.10.2026 [16:33]