Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti layihə həyata keçirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb. Xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib.
Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:49]
® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib
- 02.10.2026 [16:45]
Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır
- 02.10.2026 [16:21]
“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib
- 02.10.2026 [15:49]
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
- 02.10.2026 [15:42]
Azərbaycanda pul bazası artıb
- 02.10.2026 [15:11]