Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur
Bakı, 2 noyabr, AZƏRTAC
Partiyamızın VIII qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edildiyi bir dövrdə keçirilir. Bu, hər birimiz üçün böyük qürur, xoşbəxtlikdir. Tarixi Zəfərimizin altı ilinin tamam olduğu bir dövrə təsadüf edən qurultay qarşımıza yeni hədəflər və vəzifələr qoyur.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
"Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hər zaman dünənin, bu günün və gələcəyin partiyası olduğunu konkret addımları ilə təsdiqləyir. Əminik ki, Yeni Azərbaycan Partiyasının tarixi bundan sonra daha möhtəşəm uğurlarla zənginləşəcək, qürurverici səhifələrin sayı daha da artacaq", - deyə deputat bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:28]
“Azərbaycan hərb tarixi” dərsliyi çapdan çıxıb
- 02.10.2026 [16:52]
Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir
- 02.10.2026 [16:33]
Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub
- 02.10.2026 [16:08]