AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan XII Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın iştirakına dair müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, iclasda AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov məsələ ilə bağlı məlumat verib. O bildirib ki, AMEA kitab festivalında öz pavilyonu ilə təmsil olunacaq və Akademiya əməkdaşlarının əsərləri beynəlxalq ictimaiyyətə təqdim ediləcək.
S.Qəhrəmanov kitab festivalı çərçivəsində AMEA-nın təşkilatçılığı ilə oktyabrın 21-də “Birinci Türkoloji Qurultay – 100” nəşrlərinin, oktyabrın 23-də isə “Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan və Pakistanın Azərbaycan nəşrləri”nin təqdimatlarının keçiriləcəyini söyləyib.
Akademik İsa Həbibbəyli AMEA-nın XII Bakı Beynəlxalq Kitab Sərgisində yüksək səviyyədə iştirakı ilə bağlı müvafiq tapşırıqlarını verib. Həmçinin festival çərçivəsində UNESCO və AMEA-nın birgə təşkilatçılığı ilə “Xəttatlıq və əlyazmalar” mövzusunda tədbirin keçiriləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:25]
“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:09]
Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub
- 02.10.2026 [13:01]