Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK
Bakı, 2 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda duru bitki yağları istehsalı 34 min 853,2 ton təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,9 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 60,8 faiz artaraq 3910,9 ton olub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu ilin səkkiz ayında Azərbaycandan xarici bazarlara 14 min 962,79 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur.

Hesabat dövründə ölkəyə idxal edilən bitki və heyvan mənşəli piylər və yağların həcmi isə illik müqayisədə 24,2 faiz artaraq 123 min 522,81 ton təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust aylarında duru bitki yağları istehsalı 25 min 643,4 ton, hazır məhsul ehtiyatı isə 2432,6 ton təşkil edib. Həmin dövrdə Azərbaycandan 12 min 63,8 ton həcmində bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib, idxal isə 99 min 428,22 ton təşkil edib.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]