DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 137 nəfər iştirak edib. Nəticələrə əsasən, 21 nəfər tələb olunan şərtləri ödəyərək uğur qazanıb. Onlardan 4-ü həqiqi hərbi xidmətə, 17-si isə mülki işə qəbul üzrə imtahanda uğur əldə edib.
Namizədlər imtahanı başa çatdırdıqda və ya ayrılmış vaxt tamam olduqda nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. İmtahan nəticələri DİM-in internet saytında da yerləşdiriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 5-i, 6-sı və 7-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [17:55]