Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək
Bakı, 2 oktyabr, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da Naxçıvan şəhərində vətəndaşları dinləyəcək.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən şəxslər oktyabrın 19-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-11 nömrəli telefonuna, yalnız iş günləri və iş saatlarında zəng edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin rəsmi saytının “Əlaqə” bölməsi vasitəsilə elektron formada, həmçinin vatsap üzərindən +994 51 206 78 48 nömrəsinə müraciət göndərə bilərlər.
Qeyd olunub ki, qəbulda iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]