G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
Bakı, 2 oktyabr, AZƏRTAC
G7 ölkələri artan yanacaq qiymətlərinin qarşısını almaq üçün xam neft və dizel yanacağı ehtiyatlarının təxminən 100 milyon barelini istifadə edəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu qərarı Fransa Prezidenti Emmanuel Makron mətbuat konfransında açıqlayıb.
O, G7-nin bununla yanacaq qiymətlərinin aşağı düşməsinə səbəb olmağı hədəflədiyini bildirib.
Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən əlaqələndirilən qərar növbəti dörd ay ərzində tətbiq olunacaq.
Açıqlamadan sonra “Brent” markalı xam neftin qiyməti 100 dollardan aşağı düşüb.
ABŞ Prezidenti Donald Tramp da özünün “Truth” sosial media hesabında Avropanın dizel yanacağı ehtiyatlarının böyük bir hissəsini istifadəyə edəcəyini bildirib.
“Proses dərhal başlayacaq”, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, hazırda G7-yə Fransa sədrlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]