Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Bakı, 2 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayında dövlətin daha da gücləndirilməsi istiqamətində əsas prioritetləri açıqladı. Dövlətimizin başçısı Azərbaycanın gələcək inkişafına hesablanmış dərin və konseptual istiqamətləri müəyyənləşdirərkən, qarşıda duran çağırışlardan irəli gələn məsələləri də prioritet kimi müəyyən etdi.

İdeoloji modernləşmə üçün yol xəritəsi

Dövlətimizin başçısının irəli sürdüyü mövqe Azərbaycanın regiondakı geosiyasi üstünlüklərini qlobal müstəviyə daşımaqla yanaşı, yeni beynəlxalq arxitekturanın tələblərinə adekvat cavab verən dərin strateji xəttə əsaslanır.

Bu gün Azərbaycan qlobal transformasiya proseslərinə təsadüfi iştirakçı qismində deyil, məhz orta güc statusu mövqeyindən daxil olur. Prezident İlham Əliyev YAP-ın Qurultayında bu məsələ ilə bağlı deyib: “Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Bunun da bir çox parametrləri var. Biz iqtisadi müstəqilliyi tam təmin etmişik və bu gün beynəlxalq aləmin çox dəyərli üzvüyük, öz taleyimiz öz əlimizdədir”.

Amma bu status özü ilə bərabər həm də yeni məsuliyyətlər, daha əsası isə ideoloji yenilənmə zərurəti gətirir. İdeoloji istiqamətlərdə transformasiyalar xarici təzyiq və geosiyasətdə formalaşan təhdidlərə qarşı etibarlı immun sistemidir.

Ən əsası: Prezident İlham Əliyev birinci dəfə deyil ki, ideoloji təhlükəsizlik məsələlərini gündəmə gətirir. Ancaq dövlətimizin başçısı YAP Qurultayında məsələni bir daha konkretləşdirdi. Bu baxımdan Prezident İlham Əliyevin Qurultayda ideoloji modernləşmə platforması üzrə çağırışlarını aşağıdakı kimi qiymətləndirmək olar:

- İdeoloji işdə köhnəlmiş şablonlardan, formal xarakter daşıyan tədbirlərdən və süni əfsanələr yaratmaq cəhdlərindən imtina etməyin vaxtı çatıb;

- Müasir dövrdə cəmiyyətlər və dövlətlər formal şüarlarla deyil, real dəyərlər, intellektual inkişaf və sağlam düşüncə ilə inkişaf edir;

- İdeoloji məkanın yad təsirlərdən qorunması təhdidlərin qarşısını alaraq daxili dayanıqlılığı və ictimai mövqeni gücləndirir;

- Azərbaycan xarici siyasət kursunu yad ideoloji doktrinalardan tamamilə təmizləyərək, sırf suveren milli təhlükəsizlik prioritetlərinə əsaslanan modelə keçid edib.

Orta güc kimi Azərbaycan

Azərbaycan üçün orta güc statusu metafora deyil. Bu, real rola söykənən və geosiyasi və təhlükəsizlik vəzifələrinin praktiki icrasını nəzərdə tutan yanaşmanın ifadəsidir. Beynəlxalq təşkilatlar və beynəlxalq hüquq öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkdikcə, qlobal güc mərkəzləri geosiyasi ziddiyyətləri dərinləşdirən eskalasiya modellərindən dominant mövqeyə çatmaq vasitəsi kimi istifadə edirlər. Belə mürəkkəb şəraitdə Azərbaycanın özünüifadə tərzi diqqəti cəlb edir.

Çünki beynəlxalq münasibətlər sistemində qütbləşmənin güclənməsi fonunda Azərbaycan qlobal miqyaslı çağırışlara və təhlükəsizlik məsələlərinə strateji baxış nümayiş etdirir. Bu unikal fərqləndirici xüsusiyyət olmaqla Bakının regional çərçivəni aşaraq qlobal proseslərin gedişatına təsir göstərmək səylərini əyani şəkildə göstərir.

Prezident İlham Əliyevin YAP qurultayında bir daha diqqətə çatdırdığı təhlükəsizlik təşəbbüsləri məhz bu sistemli və müstəqil xarici siyasət konsepsiyasından qaynaqlanır.

İslam həmrəyliyinin əhəmiyyəti

İdeoloji istiqamətlərin modernləşdirilməsi və orta güc statusu vahid çərçivəyə gətirildikdə qarşıya bir sual çıxır: Xarici siyasətin yad ideologiyalardan təmizlənməsi, orta güc statusu və İslam həmrəyliyi kimi sivilizasiya əsaslı dəyərlər bir-birini necə tamamlayır?

Bu sualın cavabı Prezident İlham Əliyevin YAP qurultayındakı strateji bəyanatlarında öz əksini tapır. Dövlətimizin başçısı qeyd edib: “Hamı yaxşı bilir ki, İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq. Bizim həm tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız buna şərait yaradır”.

Bir tərəfdən Azərbaycan kənar təsirlərin ixrac etdiyi radikal doktrinaları təmizləyir. Digər tərəfdən isə İslam həmrəyliyini qlobal sülhə, mədəniyyətlərarası dialoqa və sabitliyə töhfə verən konstruktiv bir körpü kimi dəyərləndirir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) rəsmi Bakının xarici siyasətində coğrafi və mədəni həmrəyliyin təbii təməlini təşkil edir. Bu kontekstdə Türk dünyası ilə inteqrasiya prosesləri yad təsirlərdən uzaq, milli köklərə və ortaq dəyərlərə əsaslanan strateji xəttin mühüm tərkib hissəsidir. Başqa sözlə, İslam həmrəyliyi ilə TDT vektorunun qovuşması yeni həmrəylik modeli olmaqla Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlar orta güc statusunda Azərbaycanın strateji muxtariyyət qazanmasının təminatlarından biridir.

Məsələyə bir də başqa prinsipdən baxmaq lazımdır: İslam həmrəyliyi, ideoloji modernləşmə və orta güc mövqeyi Azərbaycanın qlobal təhlükəsizlik sistemindəki funksionallığını gücləndirir.

Müəllif – Aqşin Kərimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO