Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

London, 2 oktyabr, AZƏRTAC

Qəbul imtahanlarında 700 bal toplayaraq Prezident təqaüdünə layiq görülən Ləman Məmmədova 2011-ci ildə indiki Bakı Mühəndislik Universitetində informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə təhsil almağa başlayıb. Üç il sonra təhsilini dünyanın aparıcı universitetlərindən biri olan London Universitet Kollecində (UCL) kompüter mühəndisliyi ixtisası üzrə davam etdirib.

Universitet illərində proqramlaşdırma və texnologiyaya marağını peşəkar istiqamətə çevirən Ləman Məmmədova hazırda Mançesterdə yaşayır və qlobal texnologiya şirkəti “Booking.com”da proqram təminatı mühəndisi kimi çalışır.

- “Booking.com”a qədər peşəkar karyeranız necə formalaşıb? Hansı mərhələlərdən keçmisiniz?

- Londonda təhsilimin son ilində bir neçə şirkətə iş üçün müraciət etmişdim və “The Hut Group” şirkətindən iş təklifi aldım. 2018–2022-ci illərdə burada çalışdım. 2022-ci ildə isə “LinkedIn” vasitəsilə müxtəlif şirkətlərin işəgötürənlərindən (recruiter) çoxsaylı mesajlar almağa başladım və bir çoxu ilə müsahibə proseslərinə qoşuldum. Bu şirkətlər arasında “Amazon”, “Deliveroo”, “JPMorgan” və həm Böyük Britaniyada, həm də dünyada tanınan digər şirkətlər var idi. Çox keçmədən “Booking.com”dan da iş təklifi aldım. Təklif mənim üçün çox uyğun olduğundan davam edən bəzi müsahibə proseslərini yarımçıq dayandıraraq “Booking.com”un təklifini qəbul etdim.

- “Booking.com” kimi qlobal texnologiya şirkətinə qəbul prosesi necə keçdi? Hansı mərhələlərdən keçdiniz?

- “Booking.com”a qəbul prosesi bir çox texnologiya şirkətində olduğu kimi, bir neçə mərhələdən ibarət idi. İlk olaraq “LinkedIn”də mənimlə əlaqə saxlayan işəgötürənlə (recruiter) telefon danışığımız oldu. Bu söhbət zamanı təhsilim və iş təcrübəm haqqında danışdıq. İkinci mərhələ texniki müsahibə idi. Bu mərhələdə iki və ya üç proqram təminatı mühəndisi ilə görüşürsünüz və sizə müəyyən tapşırıq verilir. Adətən bu, alqoritmik problem olur və siz onu həll etməyə çalışırsınız. Eyni zamanda, tapşırığı həll etdikcə nə etdiyinizi, bunu necə və niyə etdiyinizi izah edirsiniz. Qarşı tərəfdəki mühəndislər də suallar verərək texniki biliklərinizi və problem həlletmə yanaşmanızı qiymətləndirirlər. Üçüncü mərhələ sistem dizaynı müsahibəsi idi. Burada sizə potensial bir proqram təminatı sistemi haqqında məlumat verilir və həmin sistemi necə dizayn edəcəyiniz soruşulur. Siz də dizayn etdiyiniz sistemin texniki detalları, qəbul etdiyiniz qərarlar və bu qərarların səbəbləri haqqında danışırsınız. Eyni zamanda, yenə də sizə suallar verilir və bilikləriniz yoxlanılır.

Dördüncü mərhələ səriştə müsahibəsi idi. Burada adətən daha senior və ya menecer vəzifəsində çalışan iki mühəndis müxtəlif suallar verir. Onlar həm keçmiş iş təcrübəniz və həmin vəziyyətlərdə necə davrandığınız barədə məlumat almağa, həm də gələcəkdə yarana biləcək situasiyalarda necə davranacağınızı anlamağa çalışırlar. Beşinci mərhələdə isə işləyəcəyiniz komandanın meneceri ilə görüş keçirilir. Bu mərhələdə həm gələcək potensial menecerinizlə tanış olursunuz, həm də o, sizin bilik və təcrübənizlə bağlı müxtəlif suallar verir.

Əsas müsahibə mərhələləri tamamlandıqdan sonra, əgər sizi uyğun namizəd hesab edirlərsə, iş təklifi göndərilir və müqavilə ilə bağlı detallar təqdim olunur. Şərtlərlə razılaşdığınız halda müqaviləni imzalayırsınız. Bundan sonra namizədin keçmişinin yoxlanılması - “background check” mərhələsi başlayır. Bu mərhələdə şirkət təqdim etdiyiniz məlumatların doğruluğunu yoxlayır. Təhsil aldığınız universitetlərlə və əvvəl çalışdığınız şirkətlərlə əlaqə saxlayaraq məlumatları təsdiqləyirlər. Hətta mənim Azərbaycanda cəmi üçaylıq kiçik müəllimlik təcrübəm olmuşdu və həmin iş yeri ilə də əlaqə saxlayaraq yoxlama aparmışdılar. Bütün bu mərhələlər tamamlandıqdan sonra viza prosesi başladı.

- Hazırda “Booking.com”da konkret olaraq hansı istiqamətdə çalışırsınız və gündəlik işiniz nələrdən ibarətdir?

- “Booking.com”da backend engineer – backend mühəndisi kimi çalışıram. Şirkətin Mançesterdəki ofisində taksi departamentində işləyirəm. Gündəlik işimiz əsasən taksi tərəfdaşlarımız üçün lazım olan yeni sistemləri qurmaq, eləcə də mövcud texnologiya və sistemləri inkişaf etdirərək təkmilləşdirməkdən ibarətdir.

- Süni intellekt artıq proqram təminatı mühəndislərinin gündəlik işinə necə təsir edir? Siz öz işinizdə Sİ alətlərindən istifadə edirsinizmi?

- Süni intellekt artıq işimizin çox böyük bir hissəsidir. Elə bir mərhələyə gəlib çatmışıq ki, proqram təminatı mühəndisinin gündəlik işini süni intellektsiz təsəvvür etmək getdikcə daha çətin olur. Əlbəttə, işimizin demək olar ki, hər bir mərhələsində süni intellektdən istifadə edirik. Məsələn, artıq proqram təminatı kodunun yazılmasında süni intellektdən geniş istifadə olunur. Bundan əlavə, gündəlik proqram təminatı səhvlərinin və problemlərinin həllində, yeni sistemlərin dizaynında, tərəfdaşlarımız üçün yaratdığımız sistemlərin inkişaf etdirilməsində və bir çox başqa sahələrdə Sİ bizə kömək edir.

- Sizcə, süni intellekt gələcəkdə proqramçıların işini əvəz edə bilər, yoxsa onların iş formasını dəyişəcək?

- Gələcəkdə proqramçıları tamamilə əvəz edib-etməyəcəyini dəqiq demək çətindir. Amma iş formasını artıq çoxdan dəyişib. Əvvəllər proqram təminatı mühəndisinin işi əsasən kod yazmaq və problemləri həll etmək idisə, indi işin böyük bir hissəsi süni intellektin yaratdığı kod dəyişikliklərini yoxlamaq, təklif etdiyi həll yollarını nəzərdən keçirmək və ona nə etməli olduğunu düzgün izah etməkdən ibarətdir. Bir növ, hər bir proqram təminatı mühəndisinin özünün də bir neçə “işçisi” var, sanki bu işçilər süni intellekt alətləridir. Gündəlik işin bir hissəsi artıq onlara tapşırıq vermək və hazırladıqları nəticələri yoxlamaqdan ibarətdir.

Ona görə də düşünürəm ki, proqram təminatı mühəndisinin işi sadəcə texniki tapşırığı həll etməkdən daha çox qərar qəbul etməyə doğru dəyişir. Süni intellekt kodun böyük hissəsini yaza bilər, amma həmin kodun düzgün olub-olmadığını, problemin necə həll edilməli olduğunu müəyyənləşdirmək və ümumiyyətlə qərar qəbul etmək hələ də mühəndisin üzərinə düşür.

- “Booking.com” kimi beynəlxalq şirkətdə müxtəlif ölkələrdən olan mütəxəssislərlə işləməyin üstünlükləri və çətinlikləri nələrdir?

- Üstünlüklərindən biri odur ki, fərqli mədəniyyətlərə və dünyagörüşlərinə malik insanlarla tanış olmaq çox maraqlıdır. Yemək və fasilə vaxtlarında etdiyimiz söhbətlər də maraqlı olur. Bir-birimiz haqqında öyrənir, fərqli ölkələr, mədəniyyətlər və adətlər barədə məlumat əldə edirik. Çətin tərəfi isə fərqli mədəniyyətlərin fərqli ünsiyyət üslublarının olmasıdır. Ümumiyyətlə, korporativ mühitdə ünsiyyət ən vacib bacarıqlardan biridir. Fərqi yoxdur ki, siz proqram təminatı mühəndisi kimi işləyirsiniz və gününüzün böyük hissəsini kod yazmaqla, kompüter qarşısında keçirirsiniz. Yenə də ünsiyyət işinizin çox vacib hissəsidir.

Fərqli mədəniyyətlərdən olan insanlarla işlədikdə, məsələn, hansısa təklifi bəyənmədiyinizi və ya onunla razı olmadığınızı qarşınızdakı insana necə çatdırmağınız fərqli ola bilər. Konfliktlərə yanaşma da insandan-insana dəyişə bilər. Təbii ki, böyük korporativ şirkətlərdə, xüsusilə “Booking.com” kimi beynəlxalq şirkətlərdə çalışan insanların artıq müəyyən formalaşmış peşəkar və hörmətli ünsiyyət üslubu olur. Amma yenə də bəzən qarşınızdakı insanı və onun reaksiyasını daha yaxşı anlamaq üçün həmin şəxsin fərqli mədəniyyətdən gəldiyini nəzərə almaq lazım gəlir.

- Azərbaycanlı mütəxəssis olaraq beynəlxalq texnologiya sektorunda işləmək necə bir hissdir?

- Təbii ki, uzun və əziyyətli bir yolun nəticəsi olduğu üçün qürurverici hissdir. Böyüdüyün ölkədən fərqli dil və mədəniyyətə sahib olan ölkədə yaşamaq, fərqli dildə təhsil almaq, ailəndən və yaxınlarından uzaqda həm xoş, həm də çətin günlər keçirmək və bütün bunlara baxmayaraq, öz hədəflərinə doğru irəliləməyə çalışmaq bu yolun bir hissəsidir. Ona görə də bu gün beynəlxalq bir şirkətdə, dünyanın müxtəlif ölkələrindən olan insanlarla birlikdə işləmək mənim üçün həmin illər ərzində keçdiyim yolun gözəl nəticələrindən biridir. Eyni zamanda, düşünürəm ki, bu, insanın haradan gəlməsindən asılı olmayaraq, öz üzərində işləməklə və qarşısına məqsədlər qoymaqla nələrə nail ola biləcəyinin gözəl nümunəsidir.

- Azərbaycanda İT sahəsində çalışan və beynəlxalq şirkətlərdə işləmək istəyən gənclərə hansı bacarıqları inkişaf etdirməyi tövsiyə edərdiniz?

- Mənim ağlıma, ilk növbədə, ingilis dilini mütləq şəkildə öyrənmək, ən azı bir proqramlaşdırma dilini yaxşı bilmək və həmin dildə alqoritm və problem həll etmə bacarıqlarını inkişaf etdirmək gəlir. Düşünürəm ki, sadəcə müəyyən texnologiyaları bilməkdənsə, onların arxasındakı əsas prinsipləri və fundamental bilikləri yaxşı mənimsəmək daha vacibdir. Texnologiyalar çox sürətlə dəyişir, amma fundamental biliklər uzun müddət sizinlə qalır.

İndiki dövrdə süni intellekt alətlərindən düzgün və effektiv istifadə etməyi öyrənmək də çox vacibdir. Amma bununla yanaşı, süni intellektdən gələn nəticələri düzgün qiymətləndirə bilmək və fundamental texniki biliklərə sahib olmaq da önəmlidir. Süni intellektdən istifadə etmək bir alətdir, amma həmin alətin verdiyi nəticənin doğru olub-olmadığını anlamaq üçün öz bilikləriniz olmalıdır. Bunlardan əlavə, beynəlxalq şirkətlərdə kommunikasiya, komanda ilə işləmək, fikrini düzgün ifadə etmək və problemi yalnız texniki baxımdan həll etmək yox, onun biznesə təsirini də anlamaq kimi bacarıqlar çox önəmlidir. Ən əsası isə daim öz üzərlərində işləməli, yeni texnologiyaları öyrənməli və real layihələr üzərində praktika etməlidirlər. Məncə, davamlı öyrənmək və özünü inkişaf etdirmək beynəlxalq karyera qurmaq istəyən hər bir İT mütəxəssisi üçün ən vacib vərdişlərdəndir.

- Gələcəkdə karyeranızı hansı istiqamətdə inkişaf etdirmək istəyirsiniz?

- Qarşımda bir neçə fərqli yol var: ya bu sahənin sırf texniki tərəfi ilə davam edib “Principal Engineer” və daha sonrakı səviyyələrə qədər irəliləmək, ya idarəetmə istiqamətində inkişaf etmək, ya da öz işimi qurmaq. İşin həm texniki, həm də insanlarla işləmək və onlara mentorluq etmək tərəfini sevdiyim üçün hazırda idarəetmə istiqaməti mənə bir qədər daha yaxın gəlir. Amma bununla paralel olaraq qarşıma çıxan fürsətləri də dəyərləndirmək və gələcəkdə öz işimi qurmaq imkanını nəzərdən qaçırmamaq istəyirəm. Mənim üçün əsas olan odur ki, gələcəkdə özümə uyğun istiqaməti seçərək həm peşəkar, həm də şəxsi inkişafımı davam etdirə bilim.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maks Verstappen Meksika Qran-Prisinin qalibi olub

Almaniya yeni döyüş helikopterlərinin alınmasında problemlərlə üzləşib

Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir

Tramp: Demokratlar seçkilərdə qalib gələrsə, veto hüququndan istifadə edəcəyəm

Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək

“Axios”: Tramp Konqres seçkilərindən dərhal sonra İrana hücum etməyi planlaşdırmır

ABŞ-də təyyarə qəzasında 9 nəfər həlak olub YENİLƏNİB

Hörmüz boğazında iki tanker minaya düşüb

İran: ABŞ ilə mümkün yeni münaqişə əvvəlkindən daha uzun çəkə bilər

Suriyada neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb

Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb

“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri olub

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

Ağstafada iki yeniyetməni avtomobil vurub

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

AZƏRTAC-ın xüsusi müxbiri “24news” internet televiziyasında Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb

Qazaxıstanda dünya çempionatının son günü: Azərbaycan güləşçilərinin nəticələri

“Makron diktaturası” müzakirələri: Tənqidçilər ölkədə avtoritar meyillərin gücləndiyini bildirirlər

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub

Frantişkovı Laznedə tarixi kurort binasının döşəməsində akvarium quraşdırılıb

Fransada etirazlar Makron hakimiyyətinə qarşı siyasi qarşıdurmanı dərinləşdirir: müxalifət prezidentdən məsuliyyət tələb edir

Bu saata olan əsas xəbərlər

Xetaq Qazyumov: Dünya çempionatındakı nəticəyə görə məsuliyyəti öz üzərimə götürürəm

Geridə qalan həftə Gürcüstanın həyatında nələr baş verib?

Lənkəran Dövlət Dram Teatrında “Nəfəsim Vətən” tamaşasının premyerası olub

Premyer Liqa: “Neftçi” və “Kəpəz”dən qələbə

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

Moskvada Tsaritsino parkında terror aktı törətməklə hədələyən yeniyetmə saxlanılıb

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Ali Tsokayev: Bürünc medal qazanmaqdan daha çox qızılı əldən verməyimi düşünürəm

Azərbaycanın özəl sektorunun təmsilçiləri İstanbulda COMCEC çərçivəsində sammitdə iştirak edirlər

ABŞ-də futbol matçından sonra silahlı hücum: bir nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb

OPEC+ ölkələri hasilat səviyyəsinin saxlanılması barədə qərar qəbul ediblər

Azərbaycan güləşçisi İslam Bazarqanov dünya çempionatını beşinci pillədə başa vurub

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medalı əldən verib

Avropadakı sosial böhran fonunda Almaniyada gənclərin etirazı:“Gen Z regelt” aksiyaları nədən xəbər verir?

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

Kimya İnstitutu NASCO29-da təmsil olunub

Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb

Bakıda “Baku Women’s Cancer Forum” beynəlxalq elmi forumu keçirilib

Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib

Avropada dərinləşən böhran - TƏHLİL

Türkiyədə 19 yeni vilayətin yaradılması təklif olunur

Media və Yayım Şurası bəyanat yayıb

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

Azərbaycanlı professor Türkiyə universitetinin rektorluğuna namizədliyini irəli sürüb

Şervin Nəcəfpur: Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm MÜSAHİBƏ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi

Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var - FOTO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 noyabr

Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib

Azərbaycançılıq ideyası xalqımızı birləşdirən ən mühüm milli dəyərdir - ŞƏRH

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib VİDEO

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım