Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, test imtahanı mərhələsində uğur qazanmış 17 minə yaxın müəllim müsahibə mərhələsinə dəvət edilib.
Bu günə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb. Müsahibə nəticələri ilə bağlı məlumatlar isə mütəmadi qaydada müəllimlərin şəxsi kabinetlərinə göndərilir.
Xatırladaq ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə sentyabrın 17-də başlanılıb və oktyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]
DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb
- 02.10.2026 [17:55]