Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir
Bakı, 2 noyabr, AZƏRTAC
Təqdim olunmuş yeni Nizamnamənin fəlsəfəsini tarixi siyasi irsimizi qorumaqla, onun üzərində müasir, çevik, məsuliyyətli və hüquqi baxımdan daha dəqiq tənzimlənmiş partiya quruculuğunun təminatı təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.
O, yenilənmiş Nizamnamənin hazırlanmasının ilk mühüm əsaslarından birinin onun yeni "Siyasi partiyalar haqqında" Qanunun tələblərinə və digər qanunvericilik aktlarına uyğunlaşdırılması olduğunu qeyd edib.
"Yeni layihədə bu hüquqi tələblər partiyanın real fəaliyyət mexanizmləri ilə əlaqələndirilir, idarəetmə prosedurları və səlahiyyətlər daha dəqiq müəyyən olunur və məsuliyyət mexanizmləri konkretləşdirilir", - deyə Bahar Muradova diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:36]
AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər
- 02.10.2026 [17:28]
“Azərbaycan hərb tarixi” dərsliyi çapdan çıxıb
- 02.10.2026 [16:52]
Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir
- 02.10.2026 [16:33]