Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Balakən rayonunda yüzədək Alban məbədi və onların qalıqları mövcuddur. Bir çoxunun yerüstü hissəsi günümüzə gəlib çatmasa da, həmin abidələrin bünövrə qalıqlarının yerləşdiyi əraziləri müəyyənləşdirmişik. Yunan coğrafiyaçısı Strabon “Coğrafiya” əsərinin XI kitabında Albaniyanın İberiyaya yaxın ərazilərini “Məbədlər diyarı” adlandırıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli bildirib. Onun sözlərinə görə, Nur kilsəsi Balakən rayonunun Talalar kəndi ərazisində yerləşir və rayon ərazisində zəng qülləsi salamat qalmış yeganə Alban məbədidir. Onun ibadət zalı qədim Alban məbədlərinə xas xüsusiyyətlərə uyğun olaraq təknefli və düzbucaqlı formadadır. IX-XII əsrlərdə məbədin yeganə qərb girişi istiqamətində əzəmətli zəng qülləsi inşa olunub. Məbədin şimal-qərb hissəsində bu günədək su quyusu da mövcuddur.
Alim bildirib ki, antropogen təsirlər nəticəsində məbədin zəng qülləsinin sütunlarından biri dağıdılıb. Bu səbəbdən qüllənin tamamilə uçmaq təhlükəsi yaranıb.
“Tarixi abidələr xalqımızın keçmişinin mühüm şahidləridir və milli kimliyimizin formalaşmasında böyük əhəmiyyət daşıyır”, – deyə A.Məmmədli vurğulayıb.
Müxbir - Xatirə Cəfərova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:59]
Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?
- 02.10.2026 [15:49]
ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub
- 02.10.2026 [15:36]
BMU “ADEX 2026”da 11 elmi-tədqiqat nəticəsi və innovativ həll təqdim edib
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:48]