Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Gürcüstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın 2027-ci ilin dövlət büdcəsi layihəsinin ilkin variantında bildirilib.
Sənədə əsasən, dəmir yolu şəbəkəsinin səmərəliliyinin və maliyyə dayanıqlığının artırılması məqsədilə layihəyə 2027-ci ildə 250 milyon nəzərdə tutulub. Bu vəsaitin 2028-ci ildə 160 milyon, 2029-cu ildə 160 milyon, 2030-cu ildə isə 230 milyon lari olması nəzərdə tutulub.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən icra olunacaq layihə çərçivəsində “Gürcüstan Dəmir Yolları” SC üçün 45 yeni magistral yük elektrik lokomotivi və 10 müasir elektrik sərnişin qatarının (EMU) alınması, habelə yeni elektrik yarımstansiyasının tikintisi planlaşdırılır. Mərhələli şəkildə həyata keçiriləcək layihə çərçivəsində sərnişin qatarlarının tədarükünə və yarımstansiyanın tikintisinə 2027-ci ildə, yük lokomotivlərinin gətirilməsinə isə 2028-ci ildən başlanılması nəzərdə tutulub.
Qeyd edək ki, büdcə layihəsinin ilkin variantı yekun təsdiqədək dəyişdirilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:58]
Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]