Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir
Bakı, 2 oktyabr, AZƏRTAC
Xüsusi ehtiyacları olan insanların təhsil, məşğulluq və ictimai həyata tamhüquqlu şəkildə cəlb edilməsi inklüziv cəmiyyətin qurulmasının mühüm şərtlərindən biridir. Bu istiqamətdə imkanların genişləndirilməsi yalnız sosial ədalət baxımından deyil, həm də insan potensialından daha səmərəli istifadə və iqtisadi inkişaf baxımından əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Bolashak Charity” İctimai Fondunun Himayəçilik Şurasının sədri, CAMCA Şəbəkəsinin Qazaxıstan üzrə üzvü Dinara Qaplan CAMCA regional forumunun “Diqqət mərkəzində səslər: CAMCA Şəbəkəsi ilə tanışlıq” adlı plenar sessiyasındakı çıxışında səsləndirilib.
D.Qaplan bildirib ki, hazırda Daun sindromu olan uşaqların məktəbə getməsi ilə yanaşı, onların ali təhsil almaq imkanlarının yaradılması və gələcəkdə əmək bazarına cəlb olunması istiqamətində də addımlar atılır.
“Düşünürəm ki, burada iki yanaşma var. İqtisadi baxımdan artıq bir çox tədqiqatlar göstərib ki, xüsusi ehtiyacları olan insanların cəmiyyətə və əmək həyatına inteqrasiyası iqtisadiyyat üçün əhəmiyyətli faydalar yaradır”, – deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:11]
Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir
- 02.10.2026 [13:01]
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
- 02.10.2026 [12:51]
Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir
- 02.10.2026 [12:49]