Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub
Bakı, 2 oktyabr, AZƏRTAC
Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 19 min 897 müraciət daxil olub.
İdarədən AZƏRTAC-a bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 937 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 7093 müraciət daxil olub.
BŞTİ-yə 4984 sənəd (vətəndaşlar tərəfindən 1629 ərizə, Elm və Təhsil Nazirliyindən 1683, digər qurumlardan 370, tabelikdə olan təhsil müəssisələrindən 973 məktub və 329 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 883 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 02.10.2026 [13:01]
ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub
- 02.10.2026 [12:43]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi
- 02.10.2026 [12:22]
Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir
- 02.10.2026 [12:13]