Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
Bakı, 2 oktyabr, AZƏRTAC
Dünənki oyunda hamı Azərbaycan millisindən qələbə gözləyirdi. Təəssüf ki, komandaya qalibiyyət üçün qol çatmadı. Yığmamızın Lixtenşteynlə heç-heçə etməsi gözlənilən nəticə deyildi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elmar Baxşıyev yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə qolsuz heç-heçə etdiyi oyun barədə danışarkən deyib.
Mütəxəssis millinin heyətinin zəif futbolçulardan təşkil olunduğu fikri ilə razılaşmadığını bildirib: “Komandada avrokuboklarda kifayət qədər oyun keçirmiş futbolçular var. Əlbəttə ki, nəticə hamının gözlədiyi kimi olmayanda baş məşqçinin üzərində də çoxlu suallar yaranır. Qarşıda bizi daha iki oyun gözləyir. Bu görüşlərdə qələbə qazanmaq və baxımlı futbol nümayiş etdirməklə futbolçular hər kəsin fikrini dəyişə bilərlər”.
Qeyd edək ki, hazırda aktivində 2 xalı olan Azərbaycan millisi qrupda ikinci pillədə qərarlaşıb. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv növbəti matçını oktyabrın 4-də Bakıda Litvaya qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]