Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun mütəxəssisləri Gəncə–Daşkəsən iqtisadi rayonunda əhalinin məskunlaşması və demoqrafik xüsusiyyətlərini araşdırıblar.
AZƏRTAC xəbər verir ki, institut əməkdaşlarının iştirakı ilə keçirilən ekspedisiya zamanı Daşkəsən, Göygöl və Samux rayonlarında şəhər və kənd məskunlaşmasının xüsusiyyətləri, yaşayış məntəqələrinin yerləşməsi və əhalinin ərazi üzrə sıxlığı öyrənilib.
Mütəxəssislərin fikrincə, regionda məskunlaşma proseslərinin öyrənilməsi əhalinin demoqrafik vəziyyətinin, miqrasiya meyillərinin və məşğulluq xüsusiyyətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Tədqiqat çərçivəsində, xüsusilə kəndlərdən rayon mərkəzlərinə və iri şəhərlərə miqrasiya prosesləri, əhalinin məşğulluq strukturu və əsas gəlir mənbələri təhlil olunub.
Ekspedisiya zamanı kənd təsərrüfatı və digər təsərrüfat sahələrinin əhalinin məşğulluğunda və yaşayışında rolu da araşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]
DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb
- 02.10.2026 [17:55]