Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
Bakı, 31 avqust, AZƏRTAC
Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müsahibənin keçirilmə tarixi və məkanı ilə bağlı məlumatlarla tanış ola bilərlər.
Qeyd olunub ki, təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə sentyabrın 3-dən başlanılacaq.
Test imtahanında keçid balı toplayan və müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına 10 faiz, test imtahanında 51 və daha yüksək bal toplayan müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq olunacaq.
Müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd olunan tarix və məkana uyğun olaraq prosesdə iştirak etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]