On nəfər Azərbaycan vətəndaşı HTP çərçivəsində Latviyada təhsil alacaq
Bakı, 31 avqust, AZƏRTAC
Təhsil sahəsində əməkdaşlıq çərçivəsində 2026-2027-ci tədris ilində 10 nəfər Azərbaycan vətəndaşı Latviyada təqaüdlə təhsil alacaq.
Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Latviya tərəfinin yekun qərarına əsasən, təqaüd hüququ qazanan Azərbaycan vətəndaşları bu ölkənin Riqa Stradınış Universiteti, Riqa Texniki Universiteti, Latviya Universiteti, Latviya Biologiya Elmləri və Texnologiyaları Universiteti, Nəqliyyat və Rabitə İnstitutu, “Turība” Ali Biznes Məktəbi və digər ali təhsil müəssisələrində müxtəlif səviyyələr üzrə təhsil almaq imkanı əldə ediblər.
Qeyd olunub ki, Latviya hökumətinin təqaüd proqramından faydalanan 22 ölkə arasında Azərbaycan təqaüdçülərin sayına görə ilk beşlikdə yer alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [17:25]
Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub
- 03.11.2026 [17:02]
Qəlbindəki nur ilə seçilən azərbaycanlı
- 03.11.2026 [16:58]
Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq
- 03.11.2026 [16:49]