DÜNYA
Avropa İttifaqının dövlət və hökumət başçıları iqtisadi artımla bağlı strategiyaları müzakirə etmək üçün Brüsselə yığışmışlar
Bakı, 15 mart (AZƏRTAC). Avropa İttifaqının dövlət və hökumət başçıları sərt antiböhran siyasəti və iqtisadi artımla bağlı strategiyaları müzakirə etmək üçün Brüsselə yığışmışlar.
“Euro news” kanalının məlumatına görə, toplantıda iştirak edənlər işsizlərin sayının 26 milyonu ötdüyünü qeyd etmişlər. Onlar təcili iqtisadi artıma və məşğulluq göstəricisinin yüksəldilməsinə ehtiyac olduğunu da vurğulamışlar. Liderlər büdcə intizamı və iqtisadi artım məsələsində balansı qorumağa dair razılığa gəlmişlər. Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompuy bildirmişdir ki, biz gənclər arasında işsizliklə mübarizə üçün 6 milyard avro ayırmağa razılaşdıq. Ümid edirəm ki, bu, çoxillik büdcənin avroparlamentdə təsdiqinə kömək edəcəkdir.
Xatırladaq ki, Avropa Parlamenti bir neçə gün əvvəl növbəti dəfə 2014-2020-ci il büdcəsinin qəbulunda razılığa gələ bilməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]