DÜNYA
Avropa Komissiyası və “Human Rights Watch” təşkilatı qaraçıların Fransadan deportasiyasına görə rəsmi Parisi tənqid etmişlər
Bakı, 27 sentyabr (AZƏRTAC). Avropa Komissiyası və “Human Rights Watch” təşkilatı qaraçıların Fransadan deportasiyasına görə rəsmi Parisi tənqid etmişlər. Avropa Komissiyasının mətbuat katibi Olivye Bayi Avropa vətəndaşının regionun istənilən ölkəsində yaşama azadlığının onun fundamental haqqı olduğunu bildirmişdir.
“Euronews” tele kanalının məlumatına görə, Avropa Komissiyası qaraçıların inteqrasiyası üçün 50 milyard avroluq fondun yaradıldığını xatırlatmışdır. Lakin Fransa hökuməti bu imkandan istifadə etməmişdir.
Hazırda Fransada Rumıniya və Bolqarıstandan gələn 20 min qaraçı yaşayır. Fransanın əmək bazarında bir sıra məhdudiyyətlərlə üzləşən qaraçılar əsasən tikinti və kənd təsərrüfatı sahələrində çalışırlar.
Rəsmi Brüssel ilə Fransa arasındakı qaraçılarla bağlı mübahisə 2010-cu ildə - Nikola Sarkozinin hakimiyyəti dövründə başlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]