DÜNYA
Avropanın varlıq fondları Türkiyənin enerji sektoruna sərmayə yatıracaq
![Avropanın varlıq fondları Türkiyənin enerji sektoruna sərmayə yatıracaq](/files/2014/2/1200x630/1409292361285549272_1200x630.jpg)
AZƏRTAC Türkiyənin KİV-lərinə istinadla xəbər verir ki, aktivləri ümumilikdə 400 milyard avrodan artıq olan bu iki fond Türkiyədə enerji sektoruna sərmayələr yatıracaq. Hollandiyanın pensiya fondu “Stichting Pensioenfonds ABP” Türkiyəyə ilk investisiyasını beş illik layihə çərçivəsində hidroelektrik stansiyalarının inşasına yönəldəcək.
Türkiyədə enerji sektoruna maraq göstərən İsveçrənin “Partners Group” fondu isə “STFA İnvestisiya Holding”in enerjidəki admiral gəmisi “Enerya”nın səhmdarı olmaq niyyətindədir.