Mavritaniyanın hazırkı prezidenti seçkilərdə qalib gəlib
Bakı, 1 iyul, AZƏRTAC
Mavritaniyanın hazırkı prezidenti, 67 yaşlı Məhəmməd uld Şeyx əl-Qazuani iyunun 29-da keçirilən seçkilərdə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
İlkin məlumatlara görə, o, səslərin 56 faizdən çoxunu toplayıb.
Beləliklə, ölkənin hazırkı lideri ikinci beşillik müddətə yenidən seçilmək üçün lazımi sayda səs toplayıb.
İkinci yeri 22 faizdən bir qədər çox səs toplayan müstəqil namizəd Biram Ould Dah Ould Abeid tutub.
İlkin hesablamalara görə, seçici fəallığı təxminən 55 faiz təşkil edib.
Seçkilərin yekun nəticələrini tezliklə Konstitusiya Şurasının sədri elan edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]