DÜNYA
Avrozonada iqtisadi inam indeksi son 9 ayın ən aşağı səviyyəsindədir
![Avrozonada iqtisadi inam indeksi son 9 ayın ən aşağı səviyyəsindədir](/files/2022/1/1200x630/16434083973178821449_1200x630.jpg)
Roma, 29 yanvar, AZƏRTAC
Avrozonada iqtisadi inamı indeksi iki əsas sektorun - istehsal və xidmət sahələrinin təsiri ilə yanvar ayında son 9 ayın ən aşağı səviyyəsinə düşüb.
AZƏRTAC xəbər verir ki, yanvarda Avrozonada iqtisadi inamı indeksi 112,7 olub. Məşğulluq indeksi də ardıcıl ikinci aydır azalmaqda davam edib.
Beynəlxalq Valyuta Fondu (IMF) Avrozona üzrə iqtisadi artım proqnozunu aşağı salıb, inflyasiyanın uzun müddət daha yüksək qalacağını proqnozlaşdırıb.
Qeyd edək ki, təchizat zəncirindəki problemlərin istehsal sektoruna təzyiq göstərməsi və xidmət sektorunda isə koronavirusla bağlı məhdudiyyətlər Avropa iqtisadiyyatında problemlərə səbəb olur. Nəticədə, Avrozona iqtisadiyyatı pandemiya məhdudiyyətləri fonunda 2022-ci ilə zəif başlayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma