İQTİSADİYYAT
AZAL-dan yeni payız aksiyası: 20 faiz endirim
Bakı, 31 avqust, AZƏRTAC
“Azərbaycan Hava Yolları” (AZAL) Qurban bayramına həsr olunmuş yeni payız aksiyasına başlayır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı il sentyabrın 5-dən 30-dək Bakıdan aşağıdakı şəhərlərə hər iki istiqamətə aviabilet alınarkən 20 faiz endirim tətbiq ediləcək. Buraya London, Milan, Berlin, Paris, Praqa və Nyu-York şəhərləri daxildir. Uçuş müddəti sentyabrın 15-dən dekabrın 10-dəkdir.
Bundan başqa, Bakı-Təl-Əviv-Bakı istiqaməti üzrə uçuş müddəti sentyabrın15-dən 25-dək və oktyabrın 25-dən dekabrın 10-dək olan aviabiletlərə də 20 faiz endirim tətbiq edilir.
Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Balların avtomatik hesablanması üçün aviabilet alınarkən müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]