ELM VƏ TƏHSİL
Azərbaycan aliminin Cenevrədə keçirilmiş beynəlxalq konfransda məruzəsi maraq doğurub
Bakı, 8 avqust (AZƏRTAC). AMEA-nın N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova İsveçrənin Cenevrə şəhərində keçirilmiş “EWASS 2014 : Astronomiya və Kosmos Elm Avropa Həftəsi” adlı beynəlxalq konfransda iştirak edib.
Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki,
konfransda alimin elmi məruzəsi böyük maraq doğurub.
F. Əlimərdanova, eyni zamanda, Amerika Birləşmiş Ştatlarının “CIES” təhsil mərkəzinin “Fulbrayt təqaüdçüsü” proqramında müvafiq layihəsi ilə qalib gəlib. Alim bu proqram çərçivəsində yaxın günlərdən başlayaraq 2015-ci il mart ayının sonunadək ABŞ universitetində akademik təcrübə keçəcək.