“Qəbələ” daha bir futbolçu ilə güclənib
Bakı, 26 iyun, AZƏRTAC
Növbəti mövsüm I Liqada mübarizə aparacaq “Qəbələ” daha bir futbolçunu heyətinə qatıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “qırmızı-qaralar” akademiyanın yetirməsi olan Müşfiq Nadirovu transfer edib.
İyirmi iki yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. M.Nadirov 2023-2024-cü illər mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.
Qeyd edək ki, “Qəbələ” daha əvvəl müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu heyətinə qatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]