MƏDƏNİYYƏT
Azərbaycan bəstəkarının operettası Volqoqrad şəhərində ilk dəfə nümayiş olunacaq
Bakı, 23 sentyabr (AZƏRTAC). Azərbaycanın Xalq Artisti Rauf Hacıyevin “Qafqaz əsiri” (“Kavkazskaya plennitsa”) operettası Volqoqrad Musiqili Teatrında tamaşaya qoyulub.
Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad regional şöbəsinin dəstəyi ilə hazırlanan tamaşanın oktyabrın 4-də premyerası olacaq. 1960-cı illərin sonundan başlayaraq Rusiyanın müxtəlif teatrlarında səhnələşdirilən bu əsər Rusiyanın Volqoqrad şəhərində ilk dəfə nümayiş etdiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tamaşanın rejissoru operettaya ilk quruluş verən, Azərbaycanın Əməkdar Artisti Əli Usubovdur. Hazırda Volqoqradda yaşayan Əli Usubov əsəri ilk dəfə 1969-cu ildə Leninqrad Konservatoriyasında məzun olarkən Moskva Operetta Teatrında səhnələşdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]