ELM VƏ TƏHSİL
Azərbaycan–Britaniya Məzunları İctimai Birliyi yeni layihənin icrasına başlayıb
![Azərbaycan–Britaniya Məzunları İctimai Birliyi yeni layihənin icrasına başlayıb](/files/2014/2/1200x630/1408712552715058121_1200x630.jpg)
London, 8 avqust (AZƏRTAC). Birləşmiş Krallıqda təhsil almış 650-dən çox məzunu özündə birləşdirən Azərbaycan-Britaniya Məzunları İctimai Birliyi (AUKAA) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Böyük Britaniyada təhsil” adlı layihənin icrasına başlayıb.
Layihə kimsəsiz gənclərin şəxsi və peşəkar inkişafına, xaricdə, o cümlədən Britaniyada təhsil imkanları haqqında məlumatlandırılmasına, ingilis dili biliklərinin təkmilləşdirilməsinə dəstək məqsədi daşıyır.
Layihə çərçivəsində Bakı şəhərinin təhsil müəssisələrində Birləşmiş Krallıqda təhsil haqqında təlim və təqdimatların keçirilməsi nəzərdə tutulur. İlk təqdimat Bristol Universitetinin məzunu, AUKAA sədr müavini Bəhruz Babayev tərəfindən “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosasiyasında keçirilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London