MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Akademik Mİlli Dram Teatrı beynəlxalq festivalda iştirak etmişdir
Bakı, 14 sentyabr (AZƏRTAC). Azərbaycan Dövlət Akademik Mİlli Dram Teatrının kollektivi Belarusun Brest şəhərində keçirilən “Belaya veja” XVIII Beynəlxalq teatr festivalında iştirak etmişdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, festivala ölkəmizlə yanaşı, İsrail, İsveç, Çex Respublikası, Yaponiya, Polşa, Belarus, Rusiya, Yunanıstan, Misir, Ukrayna, Latviya və Slovakiyadan gəlmiş müxtəlif teatr kollektivləri qatılmışlar.
Azərbaycan Dövlət Akademik Mİlli Dram Teatrı festivalda Hüseynbala Mİrələmovun pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşasını oynamışdır. Tamaşa sənətsevərlər tərəfindən maraqla qarşılanmışdır.
Festival çərçivəsində müxtəlif seminarlar, treninqlər təşkil edilmiş və pyeslərin teatrallaşdırılmış oxunuşu həyata keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [15:31]
Musiqili Teatr iyul repertuarını açıqlayıb
- 24.06.2024 [14:08]
Azərbaycanlı rəssam Başkortostanda etnik-bədii simpoziumda iştirak edəcək
- 24.06.2024 [12:44]
Kitabxananın 45 illiyi ilə əlaqədar informasiya lövhəsi hazırlanıb
- 24.06.2024 [11:35]
Məhsəti Gəncəvi yaradıcılığı İtaliya ədəbiyyat portalında
- 24.06.2024 [11:07]
Bülbülün anadan olmasının 127-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
- 24.06.2024 [11:07]