Rusiyalı pianoçu Bakı Musiqi Akademiyasında ustad dərsi keçib
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Rusiya Mədəniyyəti Günləri çərçivəsində rusiyalı pianoçu Aleksey Melnikovun ustad dərsi olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iyunun 23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gerçəkləşən ustad dərsində A.Melnikov öz bilik və təcrübəsini pianoçu tələbələrlə bölüşüb.
Gənclərin suallarını cavablandıran tanınmış ifaçı onlara öz tövsiyələrini verib.
Qeyd edək ki, iyunun 22-dən başlayan Rusiya Mədəniyyəti Günləri iyunun 26-dək davam edəcək.