MƏDƏNİYYƏT
Azərbaycan Dövlət simfonik orkestrini italiyalı dirijor idarə etmişdir
Bakı, 15 mart (AZƏRTAC). Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində martın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olmuşdur.
Orkestri italiyalı dirijor Roberto Gianola idarə etmişdir.
Konsertdə, həmçinin Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət xor kapellası da çıxış etmişdir.
Solist Bəyimxanım Vəliyeva olmuşdur.
Konsertdə Fikrət Əmirovun, Cahangir Cahangirovun, Niyazinin əsərləri səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]
Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub
- 03.05.2024 [14:22]