SİYASƏT
Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılmışdır
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılmışdır.
Herbert Kvelle Azərbaycana əməkdaşlığa və göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Almaniyalı diplomat Azərbaycanın artan nüfuzunu xüsusi vurğulamışdır.
Elmar Məmmədyarov diplomata gələcək fəaliyyətində uğurlar arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [13:57]
Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik
- 10.05.2024 [13:27]
Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır
- 10.05.2024 [11:00]
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar
- 10.05.2024 [09:10]