İQTİSADİYYAT
Azərbaycan məhsulları Çindao sərgisində nümayiş olunacaq
Pekin, 13 iyun, AZƏRTAC
İyunun 15-18-də Çinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan ölkələrin Çinə ixrac olunan məhsullarının sərgisi keçiriləcək. Çin İşgüzar Şurasının və Çindao Şəhər Xalq Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən sərginin məqsədi ŞƏT ölkələri arasında ticarət və iqtisadi əməkdaşlıq əlaqələrini təşviq etməkdir.
AZƏRTAC xəbər verir ki, sərgidə ŞƏT-ə üzv, müşahidəçi və qurumun dialoq üzrə tərəfdaşı olan ölkələr təmsil olunacaq. Ölkəmizin Çindəki səfirliyinin hazırladığı milli pavilyonda Azərbaycanda istehsal olunan məhsullar nümayiş olunacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin