İDMAN
Azərbaycan millisinin Avropa çempionatının final mərhələsi üçün ilkin heyəti açıqlanmışdır
Bakı, 25 avqust (AZƏRTAC). Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının ilkin heyəti açıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, komandamızın heyətində Ceyran Əliyeva, Dərya Zamanova, Kseniya Kovalenko, Anastasiya Qurbanova, Oksana Parxomenko, Odina Əliyeva, Ayşən Əbdüləzimova, Yelena Parxomenko, Natəvan Qasımova, Natalya Məmmədova, Valeriya Korotenko, Ülkər Kərimova, Aynur Kərimova, Oksana Kiseleva, Polina Rəhimova və Şəfaqət Həbibova yer almışlar.
Azərbaycan millisi Avropa çempionatının final mərhələsində C qrupunda mübarizə aparacaqdır. Yığmamızın rəqibləri isə Rusiya, Belarus və Xorvatiya milli komandaları olacaqdır.
Qrup oyunları sentyabrın 4-dən 6-dək keçiriləcəkdir.