İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Stokholmda keçirilən toplantıda iştirak etmişdir
Bakı, 29 oktyabr (AZƏRTAC). Hesablama Palatasının nümayəndə heyəti İsveç Krallığının paytaxtı Stokholm şəhərində keçirilən “Ətraf mühitin auditi üzrə ən qabaqcıl təcrübə” mövzusuna həsr olunmuş seminarda və EUROSAİ-nin (Ali Audit Qurumlarının Avropa Təşkilatı) Ətraf mühitin auditi üzrə İşçi qrupunun (WGEA) 9-cu toplantısında iştirak etmişlər.
Palatadan AZƏRTAC-a bildirmişlər ki, ətraf mühitin auditi üzrə ən qabaqcıl təcrübə: “Audit sübutları” və “İSSAİ ilə əlaqədar audit meyarları” adlı seminarda Azərbaycan nümayəndə heyəti fəal iştirak etmişdir.
EUROSAİ Ətraf mühitin auditi üzrə İşçi qrupunun (WGEA) 9-cu toplantısında EUROSAİ WGEA-nın “2012-2014-cü illər üçün Strateji və Fəaliyyət planı” müzakirə edilmişdir.
Toplantıda Avropanın 25 ölkəsinin Ali Audit Qurumlarından və digər təşkilatlarından 65 nümayəndə iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:49]
BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb
- 10.05.2024 [13:17]
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
- 10.05.2024 [13:14]
Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb
- 10.05.2024 [12:55]
BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib
- 10.05.2024 [12:54]
Britaniya iqtisadiyyatında geriləmə dayanıb
- 10.05.2024 [12:43]
“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib
- 10.05.2024 [12:32]
Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb
- 10.05.2024 [12:32]