İQTİSADİYYAT
Azərbaycan “OPEC+”un mayda gündəlik hasilatı 432 min barel artırmaqla bağlı qərarını dəstəkləyib
Bakı, 31 mart, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 27-ci iclasında gündəlik neft hasilatının mayda 432 min barel artırılmasına Azərbaycan da razılıq verib. Artım ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda neft hasilatının baza göstəricilərinə qismən dəyişiklik edilməsi barədə əldə edilmiş razılaşmaya əsasən müəyyənləşdirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan üzrə baza göstəricilərinə dəyişiklik olmadığından ölkəmizdə gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barel həcmində olması nəzərdə tutulur.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 28-ci iclasının mayın 5-də keçirilməsi razılaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [20:32]
Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub
- 28.06.2024 [20:18]
® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi
- 28.06.2024 [19:31]
“Baku ID” innovasiya festivalına yekun vurulub
- 28.06.2024 [18:49]
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib
- 28.06.2024 [18:29]
Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib
- 28.06.2024 [18:11]
Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib
- 28.06.2024 [17:38]