RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ KONQRESİNİN NÜMAYƏNDƏLƏR PALATASININ BEYNƏLXALQ ƏLAQƏLƏR KOMİTƏSİNİN AVROPA MƏSƏLƏLƏRİ ÜZRƏ ALT KOMİTƏSİNİN SƏDRİ ROBERT VEKSLERİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Prezident sarayında ABŞ Konqresinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr komitəsinin Avropa məsələləri üzrə alt komitəsinin sədri Robert Vekslerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın yaxın strateji tərəfdaş olduğunu qeyd edən Robert Veksler ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə dinamik surətdə inkişaf etdiyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əmin olduğunu bildirdi ki, qonağın ölkəmizə bu səfəri Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacaq və əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir.