RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN BAKI OFİSİNİN YENİ TƏYİN OLUNMUŞ RƏHBƏRİ BİLGE CANKORELİ QƏBUL ETMİŞDİR
Bakı, 4 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Bilge Cankoreli qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olundu, əməkdaşlığın müxtəlif istiqamətlərinə dair ATƏT-in Bakı ofisinin fəaliyyəti barədə fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə Bilge Cankoreli təbrik etdi və fəaliyyətində ona uğurlar arzuladı. Bilge Cankorel Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini bildirdi.
######