Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb
Moskva, 11 may, AZƏRTAC
Rusiya Federasiyasının Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb. İlkin məlumata görə, xəsarət alan yoxdur.
AZƏRTAC xəbər verir ki, Komi Respublikasının Peçora şəhərində yataqxananın 5-ci mərtəbəyə qədər olan hissəsi uçub.
Bina qəzalı vəziyyətdə olub. 2023-cü ildə bu və bir neçə digər yataqxananın prokurorluq tərəfindən yoxlanılmasının nəticələrinə əsasən, səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb.
Təxirəsalınmaz xidmət əməkdaşları hadisə yerinə cəlb olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva