Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

Bakı, 5 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrə uyğun olaraq paytaxtın bütün qəsəbələrində ardıcıl tədbirlər həyata keçirilir. Binəqədi qəsəbəsində də bu işlər sürətlə gedir.

Qəsəbədə əsaslı təmir olunmuş daxili yolların sxemi əsasında Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, bu qəsəbədə 16 kilometr, ümumilikdə 80 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənib. Qəsəbədaxili yolların abadlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Binəqədi qəsəbəsində küçələrin işıqlandırma sistemi də tamamilə yenidən qurulub, xaricdən gətirilmiş 100-dən çox yeni işıq dirəyi quraşdırılıb.

Görülən işlərlə tanış olan Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşüb söhbət etdi.

Qəsəbə ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qəsəbə sakinlərini salamlayaraq dedi:

- Sizi ürəkdən salamlayıram. Yenidən görüşürük. Bir neçə il bundan əvvəl Binəqədi qəsəbəsində olmuşam və o vaxt biz yeni yolun açılışında bərabər iştirak etmişdik. İndi isə vaxt gəlib çatıbdır ki, biz qəsəbədaxili yolları da sahmana salaq.

Mənə verilən məlumata görə, iki ay ərzində 16 kilometr qəsəbədaxili yeni yollar çəkilibdir. Bu, şəkillərdə də göstərilib. Əlbəttə, siz qəsəbə sakinləri yaxşı bilirsiniz ki, bunlar torpaq yol idi. İndi isə asfalt yoldur. Başqa qəsəbələrdə olduğu kimi, Binəqədi qəsəbəsində də çox sürətli inkişaf gedir. Bakıətrafı qəsəbələrin inkişafı proqramı icra edilir. Proqram çox dəqiqdir və konkret xarakter daşıyır. Nəinki yollar, bütün infrastruktur yeniləşməlidir. Elektrik xətləri, qaz təchizatı məsələləri tədricən həll olunur. Mənə deyilənə görə, bu məsələlərlə bağlı ciddi problem yoxdur. Əminəm ki, bütün bu məsələlər müəyyən edilmiş vaxtda həll olunacaqdır.

Bakı qəsəbələrinin inkişafı Proqramı iki il yarımı əhatə edir. Yəni, biz qarşımıza çox böyük və məsuliyyətli vəzifə qoymuşuq ki, iki il yarım ərzində Bakının bütün qəsəbələrində sosial və infrastruktur məsələləri öz həllini tapsın. Artıq proqramın icrası, ilkin addımlar onu göstərir ki, biz işimizi yüksək templərlə aparırıq. Buraya gəlməzdən əvvəl böyük bir məktəbin təmiri ilə maraqlandım. Mən indi göstəriş vermişəm ki, yeni məktəbin tikintisi üçün yer müəyyən edilsin. Bakıda və ətraf qəsəbələrdə indi məktəblərin təmiri də sürətlə gedir. İlin sonuna qədər 50-dən çox məktəb əsaslı təmir olunub istifadəyə veriləcəkdir.

Bütün bu hadisələr onu göstərir ki, nəzərdə tutduğumuz bütün məsələlər, bütün proqramlar həyatda öz həllini tapır. Bu proqramların başlıca məqsədi odur ki, Azərbaycan əhalisi daha da yaxşı yaşasın, bütün sosial məsələlər, infrastruktur, insanları narahat edən problemlər öz həllini tapsın. Nəinki şəhərimizin mərkəzində, kənarında da, ətraf qəsəbələrdə də şəhər mərkəzindəki kimi şərait olmalıdır. Su, kanalizasiya, yol məsələlərinin, bütün infrastruktur layihələrinin həll olunması bizim vəzifəmizdir. Həm bölgələrdə, həm Bakıda və həm də Bakı qəsəbələrində.

Proqramı biz qəbul etmişik, təsdiq etmişik. Orada hər şey göstərilir, mətbuatda da dərc edilmişdir. Hər bir vətəndaş görə bilər ki, onun qəsəbəsində, kəndində nələr baş verəcəkdir. Ancaq bu proqramı biz qəbul edərkən, əlbəttə, çalışırdıq ki, yerlərdən bütün təklifləri alaq və aldıq da. Amma həyat yerində durmur. Misal üçün Binəqədi qəsəbəsində yeni məktəbin tikintisi nəzərdə tutulmurdu. İndi mənə verilən məlumatdan sonra demişəm ki, məsələ araşdırılsın. Yeni məktəb tikilməlidir. Yəni biz məsələyə realist nöqteyi-nəzərdən yanaşmalıyıq. Proqrama əlavələr də edilə bilər, edilməlidir də.

SAKİN: Möhtərəm cənab Prezident, gəlişinizdən çox məmnunluq duyuruq. Xoş gəlmisiniz! Bilirik ki, Sizin hər gəlişiniz mütləq mütərəqqi bir irəliləyişə səbəb olur.

Xatırlayıram ki, 2006-cı ildə bizim iqtisadi artımımız 34,5 faiz olandan sonra Siz Kürdəmir şəhərində çıxış edərək dediniz ki, əgər hər hansı iqtisadi artımın nəticəsindən əhali nəsə əldə etməyəcəksə, belə iqtisadi artım heç kimə lazım deyildir. O nöqteyi-nəzərdən də hesab edirik ki, qəsəbəmizin də bir neçə problemi vardır və doğrudan da Sizin gəlişinizlə biz bundan bəhrələnə bilərik. Birincisi odur ki, bizim 205 nömrəli məktəbin yerləşdiyi ərazidə mazut gölü vardır. Sahəsi 3-4 hektar olar. Yaxşı olardı ki, orada park yaradılsın. Bizim belə bir xahişimiz vardır. Daha sonra bilirik ki, Oğuz-Qəbələdən su çəkdirdiniz. Həmin o sudan biz də bəhrələnmək istərdik. Üç məktəbin yanında, sağlıq olsun, dördüncü məktəb tikiləcəkdir. Bu əraziyə Oğuz-Qəbələ suyu çəkilsin və o, Sizdən yadigar qalsın. Uşaqlar hər dəfə o sərin, soyuq sudan istifadə etsinlər. Bu, çox yaxşı olardı. Bundan başqa, bizim qəsəbədə “Qır gölü” deyilən sahə vardır. “Qır gölü” sahəsində ötən əsrin 30-40-cı illərində flora-fauna, numizmatika xarakterli arxeoloji qazıntılar aparılmışdır. Orada bir açıq muzey yaradılması barədə göstərişiniz olsaydı, bu da bizim qəsəbəmiz üçün çox əhəmiyyətli iş olardı.

Prezident İlham ƏLİYEV: Yaxşı, bu məsələləri biz nəzərə alacağıq. Parkların salınmasına mən həmişə böyük həvəslə yanaşıram. Bakının mərkəzindəki bütün parklar demək olar ki, yenidən qurulub. Yeni parklar da salınır. Çalışırıq ki, şəhərimizi maksimum dərəcədə yaşıllaşdıraq. Çünki bu yaşıllıq ekologiya, sağlam həyat deməkdir. Əgər belə təklif varsa, əlbəttə ki, məmnuniyyətlə buna baxacağıq.

Keçən dəfə mən Binəqədi rayonunda olarkən Biləcəri parkı ilə tanış oldum. Biz bu parkın yenidən qurulmasını da indi icra edəcəyik. O da 50-60 il əvvəl salınmışdır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala ABUTALIBOV:

1954-cü ildə.

Prezident İlham ƏLİYEV: Dəmiryolçular parkını yenidən quracağıq. Burada da park salınmasına mən müsbət baxıram. O ki qaldı su xətlərinə, 2013-cü ilin sonuna qədər şəhərimizin su problemi birdəfəlik öz həllini tapmalıdır. Bu, bizim üçün ən böyük problemdir. Əfsuslar olsun ki, bu problem bizi həmişə incidib. Bu da təbiidir, çünki Abşeron yarımadasında su ehtiyatları azdır, demək olar ki, yoxdur. Bura gələn xətlər, vaxtilə çəkilmiş xətlərin bir hissəsi köhnəlib, bir hissəsində təmizləyici qurğular sıradan çıxıb. Ona görə bu, böyük vəsait və zaman tələb edən məsələdir. Ancaq məsələ elə qoyulub ki, nəinki Bakı və ətraf qəsəbələrin, bütün rayonlarımızın içməli su ilə təminatı və kanalizasiya problemi 100 faiz həll edilməlidir. Ona görə bu məsələlər proqramda da vardır, əlavə vəsait də ayrılıbdır. Bu ilin dövlət büdcəsinə də düzəlişlər edilmişdir və ilk növbədə, su layihələrinin həll olunmasına vəsait ayrılmışdır. Oğuz-Qəbələ su xətti də yeni mənbənin, necə deyərlər, aşkarlanması nəticəsində reallaşıb. Layihənin üstünlüyü ondadır ki, bu mənbə Azərbaycanın daxilində mövcuddur. Oğuz-Qəbələ xəttinin üstünlüyü ondadır ki, bu, artıq Azərbaycan ərazisində formalaşır və orada çox böyük mənbə vardır, ehtiyat böyükdür. Əminəm ki, biz bu məsələni həll edəcəyik. Qarşıya vəzifə qoyulub. Bir halda ki, qarşıya vəzifə qoyulub, o icra edilməlidir. Mən bir daha demək istəyirəm ki, proqramlarımızın hamısı konkret məna daşıyır.

SAKİN: Biz Binəqədi rayonuna gəlişinizdən çox şadıq. Bu gün Azərbaycan vətəndaşlarının hər birinin ürəyində Sizə qarşı məhəbbət, alqış, dua vardır. Bu gəlişi gözəl sözlər deyildir, möhtərəm Prezident! Çünki görülən işlər gözümüzün qabağındadır. Bütün vətəndaşlar Bakının gündən-günə gözəlləşən şəhər olduğunu və hətta dünyanın ən möhtəşəm ölkələrinin paytaxtları ilə ayaqlaşdığını görür, hiss edir və bundan qürur duyur. Bu qürur hissini bizə yaşadan Sizsiniz, əziz Prezidentimiz!

Mən təhsil işçisiyəm. Bizim Binəqədi qəsəbəsində üç orta ümumtəhsil məktəbi vardır və burada altı mindən çox şagird təhsil alır. Hazırda bu məktəblərin hər biri Sizin göstərişinizlə yenidən təmir olunub, şagirdlərin istifadəsinə verilib. Təkcə 182 nömrəli məktəbdə, möhtərəm Prezident, beş ildir hovuz fəaliyyət göstərir. Uşaqlarımız asudə vaxtlarında ondan istifadə edirlər. Gözəl idman zallarımız vardır. İnformasiya-kommunikasiya texnologiyaları üzrə yaxşı təhsil almaq üçün informatika otaqları, müasir tələbata cavab verən çoxlu fənn kabinetlərimiz vardır. Bütün bunlar üçün, möhtərəm Prezident, biz Sizə, Mehriban xanıma ürəkdən təşəkkürümüzü bildiririk. Bir xahişimizi də diqqətinizə çatdırmaq istəyirəm. Bu qəsəbənin 40 mindən çox əhalisi vardır, burada uşaq bağçasına ehtiyac çoxdur. Yalnız 75 nəfərlik bir bağça vardır, o da təmirə dayandırılıb, əsaslı təmir olunur. Amma bağça üçün yer vardır.

Prezident İlham ƏLİYEV: Vardır?

SAKİN: İkinci bir bağçanın fəaliyyəti 2006-cı ildən dayandırılıb. Əgər göstəriş versəydiniz orada 75 nəfərlik gözəl bir bağça yaradılardı. Arzum budur ki, Allah-Taala Sizi möhtərəm Prezident, möhtəşəm, qüdrətli Azərbaycan xalqımız üçün qorusun!

Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun. Minnətdaram və dərhal göstərişlər verirəm ki, bu məsələlərlə bağlı ciddi məşğul olsunlar. Doğrudan da uşaq bağçalarının tikintisinə böyük ehtiyac vardır. Mənə verilən məlumata görə bizdə bu bağçalar ehtiyaclarımızı demək olar ki, haradasa 20 faizdən aşağı səviyyədə təmin edir. Ona görə növbəti illərdə bağçalar həm təmir edilməli, həm də tikilməlidir. Siz indi neçə bağçanı təmir etdirirsiniz?

Hacıbala ABUTALIBOV: 57 bağça əsaslı təmirdədir.

Prezident İlham ƏLİYEV: 57. Amma hələ nə qədər tikilməlidir, bəlkə də ondan iki dəfə çox. Yəni, bu, bizim proqramlarımızda vardır və o cümlədən Binəqədi qəsəbəsində, burada bağça da, məktəb də tikilməlidir. Çünki üstünlüyümüz ondadır ki, bizdə əhali ildən-ilə artır. Yəni, buna daha da böyük ehtiyac olacaqdır. Mən maraqlandım, bu məktəb 30-cu illərdə tikilmişdir.

Hacıbala ABUTALIBOV: 1936-cı ildə.

Prezident İlham ƏLİYEV: Deyirlər ki, o vaxt orada 300 şagird oxuyub. İndi 2 min 300, 10 ildən sonra o məktəbdə bəlkə də 3 min şagird oxuyacaqdır. İndi Allaha şükür olsun ki, əhalimiz artır, uşaqların sayı çoxalır. Ona görə, bu məsələlərlə məşğul olacağıq və bunu nəzərə alın.

SAKİN: Möhtərəm Prezident, Sizi Binəqədi gəncləri adından salamlayıram. Sizin gənclərə göstərdiyiniz qayğıdan bütün respublika gəncləri kimi, bizim qəsəbənin gəncləri də faydalanmaqdadır. Ulu öndər Heydər Əliyev, - Allah ona rəhmət etsin, - deyirdi ki, gələcək cəmiyyətimizin tərəqqisi bu gün gənclərə göstərilən qayğıdan, indi onlara nəyi və necə öyrətməyimizdən asılıdır. Bu günlərdə gənclərlə bağlı Dövlət Proqramının qəbulu, gənclərin işlə təmin olunması, 2013-cü ildə qəsəbəmizdə Gənclər Evinin tikilməsinin Dövlət Proqramına salınması Sizin bizə olan qayğınızın ifadəsidir. Qayğıya görə, biz Sizə minnətdarıq, cənab Prezident!

İcazə versəydiniz, Sizə bir sevindirici hadisə haqqında məlumat verərdim. İşlədiyim 182 nömrəli məktəbdə 11-ci “A” sinfinə rəhbərlik edirdim. Orada təhsil alan 26 şagirddən 23-ü bu il çox yüksək nəticələrlə tələbə adını qazanmışdır. Bu gözəl nəticəyə görə, biz Sizə minnətdarıq. Çünki Siz bizə qayğı göstərirsiniz, biz də ondan ilhamlanır, səylə çalışırıq. Buna görə Sizə bir daha minnətdarıq. Böyük biliklilər ordusu kimi biz həmişə Sizin yanınızdayıq.

Prezident İlham ƏLİYEV: Çox sağ ol. Mən də siz müəllimlərə minnətdaram ki, belə gözəl, cəmiyyətimiz üçün dəyərli insanlar yetişdirirsiniz. Gələcək biliklə, savadla bağlıdır. Bizim üstünlüyümüz əlbəttə, ondadır ki, islahatlar, iqtisadi islahatlar aparırıq, enerji sahəsində imkanlarımız vardır. Azərbaycan bir neçə ildən sonra inkişaf etmiş ölkələrin sırasına daxil olacaqdır. Ancaq bu inkişafı dayanıqlı, uzunmüddətli etmək üçün mütləq peşəkar kadrlar lazımdır. Vətənpərvər, Vətənə, millətinə bağlı olan gənc nəsil yetişir. Ancaq bununla bərabər onlar bilikli, savadlı olmalıdırlar. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, harada biliyə, savada, elmə, təhsilə diqqət göstərilirsə, orada inkişaf vardır. Dünyada ən inkişaf etmiş ölkələr onlardır ki, orada təhsilin səviyyəsi yüksək xətdədir. Neftlə, qazla zəngin olan ölkələr bəzi hallarda çətin vəziyyətdədirlər, bəzi hallarda orada təbəqələşmə gedir, yoxsulluq çoxdur. O ölkələr ki, təhsildə uğur qazanıblar, inkişaf oradadır və bu, gələcəkdə özünü daha da çox büruzə verəcəkdir. Elmi tərəqqi sadəcə bir söz deyildir. Bu, doğrudan da inkişaf deməkdir. Bu gün İKT sahəsində görülən işlər ölkələrin gələcəyini müəyyən edəcəkdir. Kim ki, o sahədə bilikli və bacarıqlı olacaqsa, o ölkənin dünyada mövqeyi daha da güclü olacaqdır. Təbii sərvətlər gec-tez tükənir. Bizim üstünlüyümüz ondadır ki, bu, vardır və biz o imkanlardan səmərəli istifadə edirik. Ancaq, eyni zamanda, bu kapitalı “insan kapitalına” investisiya kimi qoyuruq. Burada əlbəttə ki, müəllimlərin üzərinə bəlkə də ən böyük vəzifə düşür. Mən yeni dərs ili ərəfəsində bu fürsətdən istifadə edərək, bütün Azərbaycan müəllimlərini salamlamaq, onlara cansağlığı, uğurlar arzulamaq istəyirəm.

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmənistanda Orta Dəhlizin imkanlarının genişləndirilməsi üzrə görülən işlər müzakirə edilib

Xalq artisti Həsən Seyidbəylinin vəfatından 44 il ötür

"Le Monde": Makron Ukrayna haqqında danışmağı dayandırıb

Mədəniyyət və incəsənətimiz radiodalğalarında – yeni layihələr

Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

Laqodexidə 300-dən çox yaşı olan Qabal kəndi – soydaşlarımızın qədim yaşayış məskəni

İyunun 30-da Azərbaycan dilindən imtahan verəcək abituriyentlərin nəzərinə

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı 3,5 dəfə artıb

Zəngilanda keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu davam edir

Azərbaycan nefti cüzi bahalaşıb

Neftçalada saxlanılan şəxsdən 12 kiloqram narkotik götürülüb

Lənkəranda yanğın zamanı yaşlı qadın həlak olub

Yevlaxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb VİDEO

Culian Assanj Britaniyanı tərk edib 

Culfada bacısını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Misirdə 33 antik qəbir aşkar edilib

Amerika Kuboku: Kolumbiya qalib gəlib, Braziliya xal itirib

Avropa Komissiyası “Apple” şirkətini cərimələməyə hazırlaşır

Culian Assanj ABŞ hökuməti ilə razılaşıb

İndoneziya məlumat mərkəzinə kiberhücum olub

Pentaqon rəhbəri israilli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Hanter Baydenin vəkilləri təkrar məhkəmə ilə bağlı vəsatət qaldırıblar

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olub

Metyu Miller: Azərbaycan və Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edirik

Avro-2024: İspaniya və İtaliya 1/8 finala yüksəlib

“Turkish Airlines” doqquzuncu dəfə Avropanın ən yaxşı aviaşirkəti elan olunub

Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub

Türkoloqlar Bişkekdə Mahmud Kaşğari irsini müzakirə ediblər

Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb

Qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı: Belə nəticə əldə edəcəyimizə inanırdıq

Yığmanın baş məşqçisi: Bu nəticə idmançılar üçün böyük motivasiyadır

Firdovsi Umudov: Avropa birinciliyində nəticə qazanan idmançılar gələcəyin Olimpiya mükafatçılarıdır

2024-cü ildə ABŞ-da polis 545 nəfəri qətlə yetirib

Avropa birinciliyində yüksək nəticələr əldə edən Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar

DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü

Bakıda “Rus klassikası” adlı qala-konsert keçirilib

Bayram günlərində Türkiyənin muzey və mədəni obyektlərini milyondan çox adam ziyarət edib

Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılıb

Xankəndi şəhərində elmi-praktik konfrans keçirilib

Qubada sel Qusarçayın sahilini yuyub, yol çöküb VİDEO

Türkər Əliyeva: Mediasiya tərəflərə mübahisələri daha qısa müddətdə həll etməyə imkan yaradır

QHT nümayəndələri Qubadlıda sərhədçilərlə görüşüblər VİDEO

Professor Mönsüm Alışovun 70 illik yubileyi qeyd olunub

Bakıda 150-dən çox şirkətin məhsul və xidmətlərini təqdim etdiyi “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçirilir YENİLƏNİB VİDEO

Salyan şosesinin bir hissəsində təmir işlərinə başlanılıb

Azərbaycan basketbol millisi Avropa çempionatına hazırlığın ikinci mərhələsinə start verib

Azərbaycanlı şahmatçı İngiltərə çempionu olub

Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb

Samux rayonunda “Son zəng” tədbirləri barədə təlimatın pozulduğu məktəbin direktoru işdən azad edilib

“Aztelekom”un 3000-ə yaxın əməkdaşına əməyin mühafizəsi üzrə təlimlər keçilib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu təqdimatlarla davam edib

Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi olub VİDEO

AZAL növbəti dəfə Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib

Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın “yaşıl enerji” siyasətinin mahiyyətini açdı ŞƏRH

“Sabah” klubu yamaykalı futbolçunu transfer edib

Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub

Azərbaycanlı bəstəkarın şəhidə həsr etdiyi əsər Polşada birinci yerə layiq görülüb

Xətai rayonunda fəaliyyət göstərən bazarda plandankənar yoxlama aparılıb

Bənövşəyi xətdə qatarların hərəkət qrafiki dəyişdirilir

Azərbaycanda Rusiya Mədəniyyəti Günləri başlayır

Kənd Təsərrüfatı Nazirliyində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Almaniyada polis zorakılığı faktlarının araşdırılması üzrə vəziyyət pisləşir

DİM: Ötən il hər 100 məzuna düşən plan yerlərinin sayı 57.1 olub

Polis serjantı Mirəli Heydərov Kürdəmirdə torpağa tapşırılıb FOTO VİDEO

Beynəlxalq Qurama Festivalına Şuşada yekun vurulub

Son beş ayda ƏƏSMN-in e-xidmətlərinə 1 milyon 400 mindən çox müraciət qeydə alınıb

Çad Respublikasının gənclər və idman naziri Milli Gimnastika Arenasında olub

AZƏRTAC-ın növbəti təcrübə proqramının iştirakçılarına sertifikatlar verilib

Gəncədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb

Azərbaycan ilə Qırğızıstan arasında birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Muğam Mərkəzi Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edəcək

Avstriyada polis zorakılığının araşdırılması üçün müstəqil qurum yaradılması tələb olunur

Naxçıvanda müəllimlərin növbəti sertifikatlaşdırılma prosesi yekunlaşıb

“Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib

Eşqi Bağırov: Növbəti tədris ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır

“Sənətkarın dostu” layihəsi davam edir

DİM: Ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb

“Turan Tovuz” yeni futbolçu ilə anlaşıb

Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içiblər

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

“İTi Zəka-2” hakatonu üzrə seçimlər başa çatıb

NASA Yerin asteroidlə toqquşmasının qarşısını ala bilməyəcəyini etiraf edib

“Azərfon” abunəçilərinə “Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq!” SMS-bildirişi göndərilib

Azərbaycanı Rusiyadakı turnirdə iki bədii gimnast təmsil edəcək

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq

Rektor: ECOLEAD platforması ətraf mühit problemlərinin həllinə töhfə verəcək

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

Braziliya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf potensialı müzakirə olunub

Şahzadə Anna xəstəxanaya yerləşdirilib

FHN yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar monitorinqlər keçirib

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb

Azərbaycanın 15 rayonunda Sosial Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir

Rus bölməsi üzrə birinci sinfə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərə qeydiyyat tamamlanıb

Astanada keçiriləcək V Dünya Köçəri Oyunlarında 89 ölkə iştirakını təsdiqləyib

“Media ayı” çərçivəsində təlimlər davam edir

Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir - ŞƏRH